Qazaxıstan nefti BTC vasitəsilə Ceyhan limanından göndərilib
Bu barədə “SOCAR Midstream Operations” MMC-nin məlumatında deyilir
Qazaxıstan neftinin ilk partiyası BTC vasitəsilə Ceyhan limanından göndərilib.
22 aprel 2023-cü ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql edilən Qazaxıstan neftinin ilk partiyası Türkiyənin Ceyhan limanından yola salınıb.
Bu barədə SOCAR-ın törəmə şirkəti olan “SOCAR Midstream Operations” MMC-nin məlumatında deyilir.
“Alatau” tankerinə “Tengiz” yatağında hasil edilən 83,2 min ton (665 min barel) neft yüklənib. Yükləmə mərasimində SOCAR, “KazMunayQaz”, “Tengizşevroil”, “Kazmortransflot” və onların törəmə müəssisələrinin nümayəndə heyətləri iştirak ediblər.