Qazaxıstan Prezidenti Azərbaycana gəlir
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev noyabrın 24-də Azərbaycana işgüzar səfərə gələcək.
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qazaxıstan dövlət başçısı BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçiriləcək sammitində iştirak edəcək