XƏBƏRLƏR / Sağlamlıq

Mərkəzi Asiya Rusiyadakı vəbaya görə sərhədləri gücləndirir

Bu tədbirlər Rusiyada vəba xəstəliyinin yayılması ehtimalı səbəbindən Qazaxıstan, Qırğızıstan və Özbəkistanda həyata keçirilir FOTO

Mərkəzi Asiya Rusiyadakı vəbaya görə  sərhədləri gücləndirir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qazaxıstan, Qırğızıstan və Özbəkistan Rusiyada vəba xəstəliyinin yayılması ehtimalı səbəbindən sərhəd nəzarətini gücləndiriblər.

    Qırğızıstan səhiyyə nazirliyinin məlumatına görə, Rusiyada taun xəstəliyinin qeydə alınması ilə bağlı məlumat ortaya çıxandan sonra tədbirlər görülüb. Bütün sanitar və karantin məntəqələri gücləndirilmiş iş rejiminə keçirilib. Səhiyyə nazirliyi bildirib ki, mütəxəssislər Qırğızıstana daxil olmanın və yoluxucu xəstəliklərin, o cümlədən xüsusilə təhlükəli infeksiyaların yayılmasının qarşısını almaq üçün sərhəddən keçən insanlara, nəqliyyata və yüklərə nəzarət edirlər.

    Kreml rusiyalıları "müxtəlif şayiələrə" qulaq asmamağa və Rospotrebnadzorun açıqlamalarına etibar etməyə çağırıb.

    Lakin Rusiya media orqanları susur və heç nə olmamış kimi davranırlar.

    Nəzarətin sərtləşdirilməsinə İrkutsk vilayətinin Şelexov şəhərində baş verən hadisə səbəb olub.

    Oktyabrın əvvəlində Taunla Mübarizə İnstitutunun 27 yaşlı əməkdaşı Darya Şipilova orada vəfat edib.

    Bundan sonra Şelexov Rayon Xəstəxanasının bir hissəsi karantinə alınıb. İrkutsk vilayət hakimiyyəti rəsmi olaraq xüsusilə təhlükəli infeksiyaya şübhəli hal elan edib, lakin konkret xəstəliyi dəqiqləşdirməyib.

    Ölən qadınla təmasda olan təxminən 200 nəfər tibbi müşahidə altına alınıb. İrkutsk vilayətinin qubernatoru İqor Kobzev oktyabrın 2-də onlarda xəstəliyin heç bir əlamətinin aşkarlanmadığını və laboratoriya testlərinin mənfi olduğunu açıqlayıb.