XƏBƏRLƏR / İctimaiyyət

Qazaxıstanda AES-in inşası ilə bağlı referendumun nəticəsi

Qazaxıstanda AES-in tikintisi layihəsi üçün müraciət edənlərin siyahısına Çin, Cənubi Koreya, Fransa və Rusiya şirkətləri daxildir

Qazaxıstanda AES-in inşası ilə bağlı referendumun nəticəsi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxıstan vətəndaşlarının 71 faizdən çoxu və ya 5,5 milyon nəfər ölkədə Atom Elektrik Stansiyasının (AES) tikintisi layihəsinin lehinə səs verib.

    Bu barədə oktyabrın 6-da keçirilmiş ümummilli referendumun yekun nəticələrini bu gün açıqlamış Mərkəzi Referendum Komissiyası xəbər verir.

    “Oktyabrın 6-da AES-in tikintisi layihəsi üzrə keçirilən səsvermədə 7 820 200 nəfər və ya ölkə vətəndaşlarının 63,66 faizi iştirak edib. Onların 71,12 faizi və ya 5 561 937 nəfəri layihənin lehinə, iki milyon nəfərdən çoxu (2 045 270) isə əleyhinə səs verib”, - komissiyanın nümayəndəsi Nurlan Abdirov bildirib.

    Referendumda 12 284 487 qazaxıstanlı səsvermə hüququna malik olub.

    Xatırladaq ki, Qazaxıstanda AES-in tikintisi layihəsi üçün müraciət edənlərin qısa siyahısına Çin, Cənubi Koreya, Fransa və Rusiya şirkətləri daxildir.