Qərbi Azərbaycan İcması Aİ-nin Ermənistan missiyası haqda
QAİ mətbuat katibi Ülviyyə Zülfiqar Avropa nümayəndələrini sabitliyi pozmağa yönəlmiş hərəkətlərdən çəkinməyə çağırıb

Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar:
Bu yaxınlarda uzadılmış Aİ-nin Ermənistandakı missiyası qərbi azərbaycanlıların deportasiya olunduğu ərazilərdə fəaliyyət göstərir.
Aİ missiyasının durbinlə Azərbaycan sərhədinə nəzarət etdiyi ərazilər Qərbi azərbaycanlıların tarixi torpaqlarıdır. Guya insan haqlarının müdafiəsinə sadiq olan Aİ missiyasının nümayəndələri öz doğma yurdlarından zorla deportasiya edilən qərbi azərbaycanlılarla bağlı heç vaxt mövqe bildirməməklə yanaşı, Azərbaycan tərəfinə qarşı da çirkin addımlar atırlar. Burada məntiqi sual yaranır: bu missiyanın əsl məqsədi nədir? Biz bir daha Aİ nümayəndələrini regionda sabitliyi pozmağa yönəlmiş hərəkətlərdən çəkinməyə və qərbi azərbaycanlıların geri qaytarılması məsələsində ədalətli mövqe tutmağa çağırırıq.