XƏBƏRLƏR / İctimaiyyət

Qərbi Azərbaycanda 740 müsəlman qəbiristanlığının yeri

İcmanın sədri Əziz Ələkbərli qəbiristanlıqların dəqiq koordinatlarının müəyyən edilməsi haqda xəbər verib

Qərbi Azərbaycanda 740 müsəlman qəbiristanlığının yeri
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qərbi Azərbaycanda 740 müsəlman qəbiristanlığının koordinatları müəyyən edilib.

    Bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Qafqaz Müsəlmanları İdarəsi və Qərbi Azərbaycan İcmasının birgə tədbirində çıxışı zamanı deyib.

    O bildirib ki, müsəlman qəbiristanlıqlarının əksəriyyəti yer üzündən silinməkdədir: "Bəzilərinin üzərində erməni qəbiristanlığı salınıb. Bu, dəhşətli faktdır və dünya ictimaiyyətinə çatdırılmalıdır. Bununla bağlı QMİ ilə müştərək tədbirlər keçirilməlidir".

    İcma sədri həmçinin bildirib ki, İrəvanın Təpəbaşı məscidinin yalnız qalıqları günümüzədək gəlib çatıb, bir çox məscidlər isə tamamilə yer üzündən silinib:

    “Ümumilikdə, 17 mahalı əhatə edən coğrafiyada 500-dən artıq məscidin mövcudluğu müəyyən edilib, təxminən 300 məsciddən isə heç bir iz qalmayıb. Müsəlman dini abidələrinin qorunması məsələsi xüsusi əhəmiyyət daşıyır. Bir çox qəbiristanlıqlar dağıdılıb, onların üzərindən yollar çəkilib, sənaye və digər obyektlər tikilib, bəzi hallarda isə Azərbaycan qəbiristanlıqlarının yerində erməni qəbiristanlıqları salınıb. Qərbi Azərbaycan İcması bundan sonra da həmin ərazilərdəki dini və mədəni irslə bağlı həqiqətlərin üzə çıxarılması istiqamətində Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlığa hazırdır. Bu istiqamətdə birgə konfransların və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur".