Qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
Milli Hidrometeorologiya Xidmətinin məlumatı
Sinoptiklər Azərbaycanda qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər
Avqustun 29-u axşamdan 30-u səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarında avqustun 29-u səhərdən 30-u axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi 20-25 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artması da mümkündür, bəzi dağ çaylarında qısamüddətli sel keçəcəyi gözlənilir.