XƏBƏRLƏR / Hava

Qeyri-sabit hava şəraiti daha iki gün davam edəcək

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edir

Qeyri-sabit hava şəraiti daha iki gün davam edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyunun 15-16-sı Azərbaycanın rayonlarında havanın yağıntılı olacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, növbəti iki gündə gündüz saatlarında əsasən dağlıq və dağətəyi rayonlarda, 17-si gündüz isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.