XƏBƏRLƏR / Münaqişə

Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb

YENİLƏNİR

Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 16:45

    İsrailin Baş naziri Benyamin Netanyahu ordu və təhlükəsizlik qüvvələrinə Qəzzada “terror obyektlərinə qarşı qəti tədbirlər görməsi” barədə göstəriş verib.

    Bu barədə İsrail Baş nazirinin ofisi açıqlama yayıb.

    Bildirilir ki, Benyamin Netanyahu bu göstərişi Qəzza zolağında İsrail qüvvələrinə hücumdan sonra müdafiə naziri İsrael Kats, eləcə də ŞABAK və Mossad rəhbərləri ilə keçirdiyi görüş zamanı verib.

    ***

    16:10

    İsrailin müdafiə naziri İsrael Kats Baş nazir Benyamin Netanyahunu Qəzza zolağında döyüş əməliyyatlarını tam bərpa etmək barədə əmri verməyə çağırıb.

    İsrael Kats bu barədə "X"-da paylaşım edib.

    “Mən Baş naziri İsrail Ordusuna Qəzza zolağında maksimum qüvvə ilə döyüş əməliyyatlarını tam bərpa etməyi əmrlə çağırıram. HAMAS-ın davranışını dəyişəcəyinə və ya imzalanmış razılaşmaya sadiq qalacağına dair yanlış illuziyalar təhlükəlidir. Terror təşkilatı tamamilə məhv edilməlidir. Bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır”, - deyə müdafiə naziri vurğulayıb .

    ***

    15.51

    İsrail Müdafiə Qüvvələri HƏMAS silahlılarının bu gün Qəzza zolağının cənubundakı Rafah bölgəsində İsrail qüvvələrinə qumbaraatan snayper silahları ilə atəş açdığını bildirib.

    Bu barədə İsrail ordusunun yaydığı məlumatda bildirilib.

    Qeyd edilib ki, atəşkəs razılaşmasına uyğun olaraq “Sarı xəttin” şərq tərəfində — İsrailin nəzarətində olan ərazidə fəaliyyət göstərən ordu bölmələri bölgədəki terror infrastrukturunu məhv ediblər.

    Hücumdan dərhal sonra İsrail Hərbi Hava Qüvvələri Rafaha aviazərbələr endirib və artilleriyadan atəşi açılıb. Nəticədə bir neçə tunel və HƏMAS sılahlılarının gizləndiyi binalar məhv edilib. Bildirilib ki, bu, atəşkəs razılaşmasının kobud şəkildə pozulmasıdır, İsrail ordusu qəti tədbirlər görəcək.

    ***

    14.10

    HƏMAS Qəzza sektorunda atəşkəs rejiminə sadiq olduğunu bəyan edib.

    Bu barədə HƏMAS təmsilçisi İzzət əl-Rişek bildirib.

    HƏMAS təmsilçisi İsrail ordusunu atəkəs rejimini pozmaqda, Netanyahu hökumətini vasitəçilər qarşısında məsuliyyətdən yayınmağa çalışmaqda ittiham edib.

    ***

    12.45

    Qəzzada Rafah şəhərində HAMAS və İsrail Ordusu arasında toqquşmalar başlayıb.

    Bu barədə "The Times of Israel" məlumat yayıb.

    Qeyd edilib ki, Qəzzanın cənubunda Rafah şəhərində HƏMAS silahlıları İsrail ordusunun bölmələrinə qarşı hücuma başlayıb.

    İsrail ordusu aviazərbələr endirir.

    İsrail ordusu hələ rəsmi məlumat yaymayıb.