Qırğızıstan Prezidenti Baş naziri istefaya göndərib
Bu barədə Qırğızıstan KİV-i məlumat yayıb
Qırğızıstanın Baş naziri və Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov istefaya göndərilib.
Qırğızıstan KİV-nin məlumatına görə, bu barədə prezident Sadır Japarov sərəncam imzalayıb.
Onun səlahiyyətlərinin müvəqqəti icrası Baş nazirin birinci müavini və maliyyə naziri Adılbek Kasımaliyevə tapşırılıb.
Qeyd edək ki, A. Kasımaliyev 2015-2018-ci illərdə maliyyə naziri vəzifəsində çalışıb, 2022-ci ildən isə baş nazirin birinci müavini təyin olunub.