XƏBƏRLƏR / Ticarət

Qızıl bahalaşıb

Gümüşün də qiyməti artıb

Qızıl bahalaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.

    Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,24% artaraq 4709.27 ABŞ dollarına bərabər olub.

    COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 0,33% artaraq 75.63 ABŞ dolları təşkil edib.