XƏBƏRLƏR / Ticarət

Qızıl ucuzlaşıb

Gümüşün də qiyməti azalıb

Qızıl ucuzlaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

    Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,21% azalaraq 4 159,8 ABŞ dollarına bərabər olub.

    “COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 1,26% azalaraq 60,94 dollar təşkil edib.