XƏBƏRLƏR / Ticarət

Qızılın qiyməti yeni rekordlar vurur

Bu barədə "Comex" ticarət platformasından məlumat verilib

Qızılın qiyməti yeni rekordlar vurur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qızılın aprel fyuçerslərinin qiyməti "Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) tarixi maksimumunu yeniləyərək 1 troy unsiyası üçün 2 950 dollardan yuxarı ticarət olunur.

    Bu barədə ticarət platformasından məlumat verilib.

    Məlumata əsasən, Bakı vaxtı ilə saat 05:09 üçün qızılın qiyməti 1,60 faiz artaraq 2950,3 dollar olub. Saat 05:12-də qızılın qiyməti artmaqda davam edərək bir unsiya üçün 2953,8 dollara (+1,72 faiz) çatıb.

    Saat 05:17-də qızılın qiyməti artımını azaldaraq bir unsiya üçün 2953,2 dollar (+1,70%) təşkil edib.