XƏBƏRLƏR / Neft və Qaz

Qlobal bazarlarda neft cüzi ucuzlaşıb

"Nymex" birjasından məlumat verilir

Qlobal bazarlarda neft cüzi ucuzlaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Nymex" birjasında sentyabr ayı üzrə WTI markalı neftin qiyməti 0,14 dollar və ya 0,21% azalaraq bir barel üçün 67,19 ABŞ dolları təşkil edib.

    Oktyabr ayı üzrə Brent (ICE) markalı neftin qiyməti isə 0,20 dollar və ya 0,29% azalaraq 69,47 ABŞ dollarına enib.

    Qiymət azalmaları əsasən ABŞ-da yeni idxal tariflərinin tətbiqi ilə bağlı iqtisadi qeyri-müəyyənliyin artması və qlobal tələbat perspektivlərinə dair ehtiyatlı gözləntilərlə izah olunur. İnvestorlar Federal Ehtiyat Sisteminin (FED) növbəti addımlarını gözlədiyi bir vaxtda enerji bazarlarında volatillik müşahidə olunur.