Qubad İbadoğlu məhkəmə qarşısına çıxarılır
O, “saxta pul hazırlamaq” maddəsilə istintaqa şübhəli şəxs qismində cəlb edilib
Qubad İbadoğlunu Cinayət Məcəlləsinin 204.1-ci maddəsi (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə "Turan" agentliyi siyasətçinin qızına istinadən bildirib.
"Onu hal-hazırda "bandotdel"in zirzəmisində saxlayırlar. Ona dərman və paltar kimi ehtiyacları götürməyə imkan verməyiblər. Hələ də özünə lazım olan dərmanları yoxdur. Atamın yüksək təzyiq və şəkəri var, dərmanlar onun həm də digər daxili orqanları üçündü. Həmin dərmanlarsız o, sadəcə məhv ola bilər", - daha sonra Jalə Bayramova bildirib.
Xatırladaq ki, DİN-nin dünən yaydığı məumata görə, Qubad İbadoğlu FETÖ əməliyyatı çərçivəsində saxlanılmışdı.