XƏBƏRLƏR / İctimaiyyət

Qubada Sumqayıt sakinləri saxlanılıb

Onlardan 1 kiloqram narkotik aşkarlanıb

Qubada Sumqayıt sakinləri saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

    DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən 2 nəfər saxlanılıb.

    Onlar əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri İsmət Süleymanov və Vüsal Məstiyevdir.

    Həmin şəxslər qrup şəklində Quba rayonuna, əvvəlcədən planlaşdırılmış yerə gələrək oradan 1 kiloqramdan artıq narkotik vasitəni aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.

    Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.