Qubadlı-Eyvazlı yolu bu il istifadəyə veriləcək
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov deyib
“Qubadlı-Eyvazlı avtomobil yolunun torpaqlama işləri başa çatıb”. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov deyib. O bildirib ki, artıq yolun torpaq işlərinin 90 faizi hazırdır: “Bu yol vasitəsilə, həmçinin Gorus-Sisyan yoluna çıxış əldə edirik. Bununla isə Şərqi Zəngəzura ikinci çıxışımız olacaq. Yol cari ilin may-iyun aylarında hazır olacaq və istifadəyə veriləcək”