XƏBƏRLƏR / İctimaiyyət

Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq

Nazirlər Kabinetinin qərarı

Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu il Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olacaq.

    Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.

    Bu il 7 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 9 iyun qeyri-iş günü olacaq.

    Beləliklə, 8 iyun bazar gününə təsadüf etdiyi üçün Qurban bayramında ardıcıl 4 gün – 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.

    Qeyd edək ki, bu gün Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı ilə əlaqədar fətva verib.