XƏBƏRLƏR / Qonşular

Qurbanqulu Berdiməhəmmədov İrana işgüzar səfərə gəlib

Türkmənistanın Xalq Maslaxatının sədri iki ölkə arasındakı əməkdaşlığı müzakirə edəcək

Qurbanqulu Berdiməhəmmədov İrana işgüzar səfərə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkmənistanın Xalq Maslaxatının sədri Qurbanqulu Berdiməhəmmədov İran İslam Respublikasına işgüzar səfərə gedib.


    Hava limanında Berdiməhəmmədovu İran rəsmiləri qarşılayıb.
    Burada o İran İslam Respublikasının yol və şəhərsalma naziri Mehrdad Bərzpaş ilə söhbət edib. Söhbət zamanı Berdiməhəmmədov qeyd edib ki, Türkmənistanın daimi neytrallıq statusuna əsaslanan xarici siyasət kursunu ardıcıl şəkildə həyata keçirərək, qonşu dövlətlərlə, o cümlədən İran İslam Respublikası ilə səmərəli əməkdaşlığın inkişafına böyük diqqət yetirilir.