XƏBƏRLƏR / Hərbi

Quru Qoşunlarında komandoların yarışı FOTO

Məlumatı Müdafiə Nazirliyi yayıb

Quru Qoşunlarında komandoların yarışı FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Təsdiq olunmuş 2022-ci tədris ili üçün hazırlıq planına əsasən Quru Qoşunlarında “Ən yaxşı Əməliyyat (komando) bölüyü” adı uğrunda yarış keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, yarışda iştirak edən komandolardan ardıcıl olaraq sıra baxışı, fiziki hazırlıq, atəş hazırlığı və taktiki hazırlıq üzrə məqbullar qəbul edilib.

    Hərbi qulluqçuların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən yarışın mərhələləri üzrə verilən tapşırıqlar komandolar tərəfindən müvəffəqiyyətlə icra edilib.