XƏBƏRLƏR / İctimaiyyət

Qusarda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib

Hadisə dekabrın 15-i gecə saatlarında rayonun Üzdənoba kəndində qeydə alınıb

Qusarda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qusarda 4 nəfər dəm qazından zəhərlənib.

    Hadisə dekabrın 15-i gecə saatlarında rayonun Üzdənoba kəndində qeydə alınıb. Bir ailənin üzvü olan 4 nəfər qaz sobası ilə qızdırılan evdə dəm qazından zəhərləniblər.

    Ev sahibi Faiz Sadikov, onun həyat yoldaşı Zalina Sadikova, 7 və 5 yaşlarında iki azyaşlı övladları Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlkin tibbi yardımdan sonra vəziyyətləri yaxşı olduğu üçün ailənin 4 üzvü də evə buraxılıb.