XƏBƏRLƏR / Hava

Rayonlarda leysan olacaq, bəzi çaylardan sel keçəcək

Milli Hidrometeorologiya Xidməti XƏBƏRDARLIQ edir

Rayonlarda leysan olacaq, bəzi çaylardan sel keçəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın rayonlarında iyulun 4-ü günün ikinci yarısından 5-i gündüzədək bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bəzi yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.