XƏBƏRLƏR / Hava

Rayonlarda yağıntılı hava mayın 17-dək davam edəcək

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Rayonlarda yağıntılı hava mayın 17-dək davam edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin mayın 17-dək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

    Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.