XƏBƏRLƏR / Rəsmi

Rəcəb Tayyib Ərdoğan Azərbaycana dövlət səfərinə gəlib

Türkiyə Prezidenti və xanımı Əminə Ərdoğanı Baş nazirin birinci müavini Yaqub Eyyubov qarşılayıb

Rəcəb Tayyib Ərdoğan Azərbaycana dövlət səfərinə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə iyunun 12-də ölkəmizə dövlət səfərinə gəlib.

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.