XƏBƏRLƏR / Sağlamlıq

Regionlarda ciddi həkim çatışmazlığı var

TƏBİB-in nümayəndəsi belə bəyan edib

Regionlarda ciddi həkim çatışmazlığı var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Regionlarda ciddi həkim çatışmazlığı var".

    Bunu TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində "Dayanıqlı səhiyyə Idarəetməsi" adlı panel müzakirəsində çıxışı zamanı deyib.

    O bildirib ki, son 4-5 ildə həkimlərin 60-70 faizi paytaxtda cəmlənib.

    Araz Nəsirov həmçinin, qeyd edib ki, regionlarda bu problemi həll etmək üçün ürək mərkəzləri, onkoloji mərkəzlər yaradılıb və məqsəd səhiyyəni əhali üçün əlçatan etməkdir.