XƏBƏRLƏR / Məhkəmə

Rəşad Dağlının həbs müddəti uzadıldı

Bununla bağlı Qaradağ Rayon Məhkəməsində qərar qəbul olunub

Rəşad Dağlının həbs müddəti uzadıldı
Rəşad Dağlı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ötən il noyabrın 9-da qətl törətdiyi üçün həbs edilən meyxanaçı Rəşad Dağlı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Bununla bağlı Qaradağ Rayon Məhkəməsində qərar qəbul olunub. Belə ki, Qaradağ Rayon Prokurorluğu tərəfindən meyxanaçının həbs müddətinin daha 2 ay uzadılması ilə bağlı təqdimat təmin edilib. Xatırladaq ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da Bakıdakı toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevlə aralarındakı mübahisəyə aydınlıq gətirmək üçün onunla görüşüb. Rəşad İsgəndəri öz maşını ilə götürüb Lökbatan dairəsi yaxınlığına aparıb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirdikdən sonra aşağı atıb və polis bölməsinə gedərək təslim olub.

    Qeyd edək ki, hadisə baş verən zaman İsgəndər Mehdiyev 2 həftədir ki, həbsdən çıxıbmış. Digər məşhur meyxanaçı Ələkbər Yasamallının qohumu olan Mehdyev daha əvvəllər də narkotik ticarətinə görə həbs həyatı yaşayıb.