XƏBƏRLƏR / Diplomatiya

Rəsmi Bakı ABŞ-a başsağlığı verib

Nazirlik bu barədə “X” hesabında paylaşım edib

Rəsmi Bakı ABŞ-a başsağlığı verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın Xarici İşlər Nazirliyi Kaliforniyada baş verən meşə yanğınlarında həlak olanlarla bağlı ABŞ hökumətinə və xalqına başsağlığı verib.

    Nazirlik bu barədə “X” hesabında paylaşım edib.

    “ABŞ-ın Kaliforniya ştatında meşə yanğınlarının törətdiyi geniş dağıntılar bizi dərindən kədərləndirir. ABŞ hökumətinə və xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, - paylaşımda deyilir.