Robert Koçaryanın oğlu 1 aylıq həbs edildi
Levon Koçaryan hökumət nümayəndəsinə qarşı zorakılıqda ittiham olunur
Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan 1 ay müddətinə həbs edilib.
Bu barədə onun vəkil Aleksandr Koçubayev bildirib.
İrəvan Birinci İnstansiya Məhkəməsində hakim Masis Melkonyanın sədrliyi ilə keçirilən prosesdə müstəntiqin təqdim etdiyi vəsatət təmin edilib.
Qeyd edək ki, Levon Koçaryan hökumət nümayəndəsinə qarşı zorakılıqda ittiham olunur.