XƏBƏRLƏR / Din

Roma Papası Bakı-İrəvanın sülhə yaxınlaşmasına görə dua edir

Papa Fransisk Azərbaycan və Ermənistan humanitar proqramların həyata keçirilməsinə ümid edir

Roma Papası Bakı-İrəvanın sülhə yaxınlaşmasına görə dua edir
Papa Fransisk
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Papa Fransisk ənənəvi Milad mesajında ​​bütün dünyada sülh üçün səy göstərməyə çağırıb.

    Müqəddəs Pyotr meydanına toplaşan kütlə qarşısında çıxış edən pontifik sülhə “hə”, müharibəyə isə “yox” deməyə çağırıb.

    Papa Fransisk Azərbaycanı və Ermənistanın xüsusilə humanitar proqramların həyata keçirilməsi yolu ilə sabit sülhə yaxınlaşması üçün dua etdiyini bildirib.

    “Ermənistan və Azərbaycan arasında yekun sülh günü yaxınlaşsın. Buna humanitar təşəbbüslərin davam etdirilməsi, qaçqınların qanuni və təhlükəsiz şəkildə öz evlərinə qayıtması, eləcə də hər bir icmanın dini adət-ənənələrinə və ibadət yerlərinə qarşılıqlı hörmət kömək etsin”, - deyə pontifik bildirib.