XƏBƏRLƏR / Hərbi

RSK Qarabağdakı müşahidə postlarını yavaş-yavaş yığışdırır

Bu barədə Rusiyanın Müdafiə Nazirliyinin məlumatında deyilir

RSK Qarabağdakı müşahidə postlarını yavaş-yavaş yığışdırır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya sülhməramlıların Əsgəran, Ağdərə və Şuşada keçmiş təmas xətti boyunca yerləşən müvəqqəti müşahidə məntəqələri yığışdırıldı. 

    Bu barədə Rusiyanın Müdafiə Nazirliyinin məlumatında deyilir. 

    Məlumatda həmçinin deyilir ki, döyüş əməliyyatlarının dayandırılması ilə bağlı əldə edilmiş razılaşmalara uyğun olaraq, Rusiya sülhməramlılarının nəzarəti altında Qarabağ silahlı birləşmələrinin anbarlarında olan silahların, hərbi texnikanın, atıcı silahların və sursatların hesablanması davam etdirilib.