XƏBƏRLƏR / Məhkəmə

Ruben Vardanyanın məhkəməsi dekabrın 30-dək təxirə salındı

Buna səbəb təqsirləndirilən şəxsin müdafiəçisinin səhhətində yaranmış problem olub

Ruben Vardanyanın məhkəməsi dekabrın 30-dək təxirə salındı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələrilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə dekabrın 26-na təyin olumuş məhkəmə prosesi təxirə salınıb.

    Buna səbəb təqsirləndirilən şəxsin müdafiəçisi Emil Babışovun məhkəməyə müraciət edərək, özünün səhhətində yaranmış problemlə bağlı məhkəmənin təxirə salınmasını xahiş etməsidir.

    Məhkəmə vəkilin müraciətini nəzərə alıb.

    Növbəti məhkəmə iclası dekabrın 30-na təyin edilib.