XƏBƏRLƏR / Siyasət

Rumıniya Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi

Klaus Yohannis fevralıln 2-dən Azərbaycanda səfərdədir

Rumıniya Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Şəhidlər xiyabanını ziyarət edib. Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Rumıniya Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

    Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Rumıniyanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.