XƏBƏRLƏR / Kriminal

Rus hakerləri Paşinyanın ofisinin məlumat bazasını qırıb

Onlar 48 saat ərzində 2,5 milyon dollar tələb edirlər

Rus hakerləri Paşinyanın ofisinin məlumat bazasını qırıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyalı haker qruplarından biri Ermənistanın baş nazirinin ofisinin məlumat bazasının sındırıldığını açıqlayıb. Bu barədə "Azatutyun" xəbər verir.

    Rusiya haker qruplarından biri FTP kodu ötürmə proqramı vasitəsilə Ermənistanın baş nazirinin aparatına müdaxilə etdiyini bacardığını açıqlayıb.

    “Məlumat bazası bizim ixtiyarımızdadır” deyən hakerlər hökumətin yaxın 48 saat ərzində 2,5 milyon dollar köçürməsə, məlumatların məhv ediləcəyi ilə hədələyirlər.

    Hələlik Ermənistan hökuməti bununla bağlı suallara cavab verməyib.