Rusiya 5+1 Məsləhətləşmə görüşlərinə qoşulmağa can atır
Bu barədə Rusiyanın Tacikistandakı səfirliyinin birinci katibi Aleksey Zenko bildirib
Rusiya Mərkəzi Asiya və Azərbaycan arasında məsləhətləşmə görüşlərində iştirak etmək istəyir, deyə Rusiyanın Tacikistandakı səfirliyinin birinci katibi Aleksey Zenko bildirib.
"Rusiya Mərkəzi Asiya və Azərbaycan dövlət başçıları arasında məsləhətləşmə görüşləri formatına qoşulmağı haqda düşünməyin məntiqli olduğunu düşünür. Bu addım koordinasiyanı gücləndirməyə və daha inklüziv təhlükəsizlik arxitekturasının yaradılmasına kömək edəcək.
Biz "Mərkəzi Asiya Beşliyi" formatının inkişafını böyük maraqla izləyirik. Azərbaycanın məsləhətləşmə görüşlərinə qoşulmaq qərarını qeyd edirik. Rusiyanın Mərkəzi Asiya regionuna coğrafi və tarixi yaxınlığı, eləcə də inkişaf etmiş iqtisadi və nəqliyyat əlaqələri nəzərə alınmaqla, Rusiyanın bu formata daxil edilməsinin məntiqli olduğunu düşünürük. Bu, region ölkələrinin müstəqilliyini qoruyarkən koordinasiyanı gücləndirməyə, inteqrasiyanı təşviq etməyə və daha inklüziv təhlükəsizlik arxitekturası yaratmağa kömək edərdi", - deyə Rusiyanın Tacikistandakı səfirliyinin birinci katibi Aleksey Zenko Düşənbədə keçirilən "Mərkəzi Avrasiya dövlətləri 'İnteqrasiyaların İnteqrasiyası' Prosesində: Prioritetlər, birləşmənin təbiəti, imkanlar" beynəlxalq elmi konfransda çıxış edərkən bildirib".
Qeyd edək ki, Rusiya Mərkəzi Asiya dövlətləri ilə ən azı 3, Azərbaycanla isə 1 birlikdə iştirak edir. Buna baxayaraq 5+1 formatının 6+ çevrilməsi Rusiyanı narahat edir, cünki son illərdə Moskva apadığı siyasətə görə qonşular arasında sürətlə nüfuzunu itirir.
1 dəqiqə