BLOQ

Rusiya Azərbaycana Su-35 qırıcıları təklif edə bilər

Son bir neçə ildə Ermənistan ciddi şəkildə hərbi imkanlarını artırır və artırmağı planlaşdırır

Rusiya Azərbaycana Su-35 qırıcıları təklif edə bilər
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Ermənistan dəfələrlə Azərbaycana qarşı hərbi təbəssümünü, hərbi dişlərini nümayiş etdirib. Sadəcə, İkinci Qarabağ müharibəsi və Qarabağda sonrakı antiterror tədbirləri nəticəsində bu dişlər çıxarılıb. Lakin son bir neçə ildə Ermənistan ciddi şəkildə hərbi imkanlarını artırır və artırmağı planlaşdırır.

    Əgər bu gün Bakı ilə İrəvan arasında sülh müqaviləsinin demək olar ki, tam hazır olduğu bir vaxtda erməni birləşmələri mütəmadi olaraq Azərbaycanın mövqelərini təxribat xarakterli atəşə tutursa, o zaman İrəvan uzaqmənzilli raket sistemləri əldə edəndə nə baş verəcək? Burada Ermənistanın birbaşa hərbi-siyasi şantajı ilə üzləşə bilərik. Əgər bunun arxasında Fransanın kölgəsi, ya Aİ-nin pərdəsi altında olan müşahidə missiyası görünürsə, birbaşa hərbi müdaxilə müşahidə edilə bilər. 

    Bəli, baş nazir Nikol Paşinyan bu gün deyir ki, biz “böyük Ermənistan” haqqında əvvəlki tarixi mülahizələrdən əl çəkməliyik, lakin buna baxmayaraq, erməni generallar və zabit korpusunun əhəmiyyətli bir hissəsi revanşist əhval-ruhiyyəni qoruyub saxlayır.

    Bu baxımdan biz hesab edirik ki, Azərbaycan öz hərbi imkanlarını artırmalı və gücləndirməlidir. Rusiya isə ona müasir çoxməqsədli Su-35 qırıcıları təklif edə bilər. Belə təyyarələrin hətta iki eskadrilyasının alınması ən azı Azərbaycanın toxunulmazlığını və şantaj təhlükəsinin olmamasını təmin edərdi, onun hava məkanına hücumnan isə söhbət belə gedə bilməz.

    İkinci eyni dərəcədə vacib vəzifə Azərbaycanın hava hücumundan müdafiə qabiliyyətini gücləndirməkdir. İlk növbədə, S-400 uzaqmənzilli zenit-raket komplekslərinə görə. Burada Buk-M3Tor-M2 kimi hava hücumundan müdafiə sistemlərinə də ehtiyac var, xüsusən də sonuncu modul versiyada. Onlar tez bir zamanda istənilən nöqtəyə yerləşdirilə bilər və cavabdehlik zonasında düşmənin istənilən növ hava hücumu silahlarının məhv edilməsini təmin edəcək.