XƏBƏRLƏR / Hərbi

Rusiya gəmilərini Xəzər dənizinə daşıyır

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib

Rusiya gəmilərini Xəzər dənizinə daşıyır
Volodimir Zelenski
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Artıq bu ay sənayemiz 10 "Bogdan" özüyeriyən silah istehsal edəcək".

    UNIAN xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

    "May ayında və ondan sonra daha çox silah istehsal edəcəyik. Özəldə istehsal olunan məhsulların payı durmadan artır, dövlət bu müəssisələrlə ciddi, uzunmüddətli müqavilələr bağlayır ki, bu da proqnozlaşdırılabiləndir, insanları işə cəlb etmək və investisiya toplamaq imkanı verir”, - o bildirib.

    Dövlət başçısı əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdəki hərəkətlərindən sonra Rusiya indi gəmiləri, xüsusən də “Kalibr” daşıyıcılarını Xəzər dənizinə aparır.