XƏBƏRLƏR / İctimaiyyət

“Rusiya hərbi kontingenti Azərbaycandan çıxarılmalıdır”

Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli danışıb

“Rusiya hərbi kontingenti Azərbaycandan çıxarılmalıdır”
Cəmil Həsənli
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli aprelin 21-də Bakıda mitinq keçirilməsi ilə bağlı müxalifətin qərarını "Amerikanın səsi" radiosunun Azərbaycan xidmətinə şərh edərkən bildirib.

    Milli Şuranın sədri Rusiya qoşunlarının Azərbaycandan çıxarılmasını vacib sayır: “Faktiki olaraq ermənilər Azərbaycan ərazisini tərk edəndən sonra Rusiya ordusunun Azərbaycanda qalmasının anlamı nədir? Hökumət bunun normal izahını verməlidir. Bir müddət uydurdular ki, onlar guya ermənilərdən müsadirə olunan silahları saxlayırlar. Guya bu silahları saxlamağa Azərbaycanın hansısa bir batalyonu yoxdur? Bunu gərək hökmən rus kontingenti saxlasın? İndi də belə bir tezis ortaya atıblar ki, guya bu sülhməramlılar Xocalı və ətraf ərazilərdə minaların təmizlənməsi ilə məşğul olacaq. Əvvəla mina təmizlənməsi üçün xüsusi hazırlığı olan yarımhərbi təşkilat lazımdır. Bizim bildiyimiz qədər, elə hamının bildiyi qədər bu kontingentdə xidmət edənlərin belə bir hazırlığı yoxdur. Yəni, bunlar sülhməramlı konringent adı ilə gəlib və onların funksiyası tamamilə başqadır. Bunlardan guya mina təmizləyən kimi istifadə etmək Azərbaycan hakimiyyətinin Azərbaycan xalqına dediyi yalanlardan biridir. Sadəcə bu, rus qoşununu Azərbaycanda saxlamaq cəhdidir. Biz bunu ona görə mitinqin tələblərinə salmışıq ki, Azərbaycan haklimiyyəti izahat versin. Rus qoşununun Azərbaycanda qalma səbəbi aradan qalxdığı halda bu qoşunları niyə indiyədək ölkədə saxlayır. Bu, ölkənin təhlükəsiziliyilə bağlı məsələdir”, - o qeyd edib.

    Cəmil Həsənli deyib ki, mitinqin keçirilməsinə şərait yaradılmasa, Bakı Şəhər İcra Hakimiyyətinin cavabına uyğun olaraq müvafiq qərar qəbul ediləcək.