XƏBƏRLƏR / Kriminal

Rusiya İK-si İrəvandakı vandallıqla bağlı cinayət işi acdı

İstintaq Komitəsinin (İK) sədri Aleksandr Bastrıkin İrəvanda ucaldılmış abidənin təhqir olunduğunu hesab edir

Rusiya İK-si İrəvandakı vandallıqla bağlı cinayət işi acdı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunması ilə bağlı cinayət işinin açılmasına göstəriş verib. Bu barədə TASS-a idarənin mətbuat xidməti məlumat verib.

    “Rusiya İstintaq Komitəsinin sədri A.İ.Bastrıkin idarənin mərkəzi aparatına bu faktla bağlı cinayət işinin başlanmasını və Rusiya Federasiyası Xarici İşlər Nazirliyi ilə birlikdə baş verənlərin bütün hallarının müəyyən edilməsini tapşırıb”, - İstintaq Komitəsi qeyd edib.

    Ötən gün sosial şəbəkələrdə və mediada İrəvanda bir nəfərin mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidəni təhqir etməsi ilə bağlı məlumatlar yayılıb.

    O, çələngləri yıxıb və Rusiya bayrağının rənglərində olan lenti tapdalayıb, hərəkətlərini lentə alıb dərc edib. Yerli sakinlərin sözlərinə görə, vətəndaş əvvəllər də rusofobiyanı qızışdırarkən görüntülənib.