XƏBƏRLƏR / Hərbi

Rusiya Müdafiə nazirliyinin dünənki təxribat haqda məlumatı

Ruslar qərəzli şəkildə bəyan edir ki, atəşi Azərbaycan tərəfi açıb

Rusiya Müdafiə nazirliyinin dünənki təxribat haqda məlumatı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qarabağda müvəqqəti yeerləşdirilən sülhməramlı kontingentinin fəaliyyəti haqqında məlumat bülletenində deyilir: "2023-cü il martın 5-də saat 10:00-da Dyukyanlar qəsəbəsi ərazisində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbçiləri Dağlıq Qarabağın hüquq-mühafizə orqanlarının əməkdaşlarının olduğu avtomobili atəşə tutublar. Toqquşma nəticəsində 3 nəfər həlak olub, avtomobildə olan bir işçi isə yaralanıb. Azərbaycan tərəfdən itkilər: iki ölü, bir yaralı olub. Rusiya sülhməramlılarının səyi ilə toqquşma dayandırılıb.

    Bu faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə birgə araşdırma aparır."