XƏBƏRLƏR / Siyasət

Rusiya nümayəndə heyyəti də Ər-Riyada yollanır

Bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib

Rusiya nümayəndə heyyəti də Ər-Riyada yollanır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dmitri Peskovun sözlərinə görə ABŞ nümayəndələri ilə görüşə, Səudiyə Ərəbistanına Rusiya xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov yollanırlar.

    "Lavrov və Uşakov Putin və Tramp arasında görüşə hazırlaşmaq üçün bu gün Ər-Riyada uçurlar", - Peskov

    “Çərşənbə axşamı Ər-Riyadda onlar amerikalı həmkarları ilə görüş keçirəcəklər və bu görüş, ilk növbədə, Rusiya-Amerika münasibətlərinin bütün kompleksinin bərpasına həsr olunacaq," - Peskov əlavə edib