Rusiya paytaxtı Moskvanı aramsız yağışlar iflic etdi VİDEO
Avtomobillər su altında qalıb

Moskvanın şimalında avtomobillər “batır”: “İzvestiya”nın kadrlarında paytaxta yağan güclü leysan fəsadları əks olunub.
Dmitrovski rayonunda bəzi avtomobillər qismən su altında qalıb. Kadrlarda zədələnmiş avtomobillərin yanında xüsusi texnikanın işlədiyi görünür.
Paytaxtın kommunal xidmətlər kompleksi daha əvvəl bildirmişdi ki, ən çox yağıntı Moskvanın şimalında qeydə alınıb - 85 millimetrə qədər.