XƏBƏRLƏR / Münaqişə

Rusiya sakinləri və diplomatları Kiyevi tərk ertməyə çağırır

Avropa Rusiyanın hədəsindən qorxmadığını və Kiyevdə qalacaqlarını bəyan edib

Rusiya sakinləri və diplomatları Kiyevi tərk ertməyə çağırır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya zarafat etmir.

    Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib

    Rusiya hər kəsi Müdafiə Nazirliyinin Qələbə Günündə Ukrayna Silahlı Qüvvələrinin hücumlarına cavab olaraq verdiyi xəbərdarlığına son dərəcə məsuliyyətlə yanaşmağa çağırır.

    Uşakov bildirib ki, vətəndaşların Kiyevdən təxliyəsini təmin etmək lazımdır.

    Bundan əvvəl Rusiya XİN sözçüsü Mariya Zaxarova xarici diplomatları Ukraynanın paytaxtını tərk etməyə çağırmışdır.

    Avropa Komissiyasının sözçüsü Anuar El Anouni bildirib ki, AB Moskvanın Kiyevi tərk etmək çağırışlarına cavab verib.

    O bildirib ki, "Rusiyanın Kiyevə hücum etmək üçün açıq şəkildə təhdid etməsi onun ehtiyatsız eskalasiya taktikasının bir hissəsidir. Rusiya bir daha Ukraynaya qarşı özünün təcavüzkar müharibəsinin günahını başqasının üzərinə atmağa çalışır. Biz, AB olaraq, Kiyevdəki mövqeyimizi və ya varlığımızı dəyişməyəcəyik".