XƏBƏRLƏR / Dünya

Rusiya, Türkiyə, İran, Suriya nümayəndələri Moskvada görüşür

Suriya ilə bağlı nazirlər müavinləri səviyyəsində görüş 3-4 aprel tarixlərində baş tutacaq

Rusiya, Türkiyə, İran, Suriya nümayəndələri Moskvada görüşür
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya, Türkiyə, İran və Suriya XİN başçılarının müavinləri 3-4 aprel tarixlərində Moskvada görüşəcək.

    Bunu BMT sessiyasında iştirak etmək üçün ABŞ-a səfəri zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkdakı “Türk Evi”ndə jurnalistlərlə görüşü zamanı deyib.

    Nazir qeyd edib ki, Suriya ilə bağlı danışıqlara Rusiya ev sahibliyi edir və dəstək göstərir.