Rusiya Ukraynada ticarət mərkəzinə hücum edib, ölən var
Bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti xəbər yayıb
Sentyabrın 17-də axşam saatlarında rus qoşunları Zaporojyedə ticarət mərkəzinə hücum edib, bundan sonra ərazidə genişmiqyaslı yanğın başlayıb. Xilasedicilər və digər təcili yardım xidmətləri hadisə yerindədir.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, mülki infrastruktur obyektləri, o cümlədən şəhərin sağ sahilindəki ticarət mərkəzi hücuma məruz qalıb. İlkin məlumatlara görə, ticarət mərkəzinə hücum nəticəsində ölən olmayıb.
Həmin gün Zaporojye dəfələrlə hücumlara məruz qaldı. Bundan əvvəl sərnişin avtobusunun vurulduğu, nəticədə insanların xəsarət aldığı bildirilmişdi. Bundan əlavə, Rusiyanın FPV pilotsuz təyyarəsi təcili yardıma hücum edib - feldşer və sürücü yaralanıb.
Ticarət mərkəzindəki dağıntıların miqyası və hücumun son nəticələri barədə məlumatlar dəqiqləşdirilir.
1 dəqiqə