XƏBƏRLƏR / Münaqişə

Rusiya Ukraynaya raket və dron zərbələri endirib FOTO

Bu barədə Ukrayna Prezidenti Zelenski Telegram kanalında xəbər verib

Rusiya Ukraynaya raket və dron zərbələri endirib FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukrayna Prezidenti Volodimir Zelenski bu gecə Rusiyanın Ukraynaya raket və dron zərbələri endirməsi haqda paylaşım edib:

    "Odessada, hündürmərtəbəli yaşayış binasına dron düşdüyü yerdə lazımi xidmətlər işlərini davam etdirir. 10-cu mərtəbədən 17-ci mərtəbəyə qədər mənzillərə dəyən ziyan səbəbindən üçü uşaq olmaqla 17 nəfərin xəsarət aldığı məlumdur.

    Obuxiv və Boryspil rayonlarında zərbələrin nəticələrinin aradan qaldırılması üçün işlər davam etdirilir. Dövlət Fövqəladə Hallar Xidmətinin müəyyən sayda xilasedicisi əczaçılıq şirkətinin anbarında baş verən yanğını söndürür. Nikopol, Xerson, Sumı, Zaporojye, Xmelnitski şəhərlərində zərbələr endirilib. Ümumilikdə, təkcə bu gecə 13 bölgədə dağıntılar var."