16:05
Ermənistana Rusiya taxılı daşıyan növbəti yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Böyük Kəsik dəmir yolu stansiyasına çatıb.
Bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə, 8 vaqondan ibarət qatarda 560 ton Rusiya taxılı var.
ADY-dən o da bildirilib ki, bundan əvvəl Ermənistana Rusiya taxılı daşıyan daha 3 yük qatarı göndərilib.
***
15:08
Rusiya mediasının məlumatına görə, Rusiya buğdasını daşıyan səkkiz taxıl vaqonu Azərbaycan üzərindən Ermənistana daşınır.
Volqoqrad vilayətindəki Qmelinskaya stansiyasından buğda vaqonlarının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb.
Birinci partiya səkkiz taxıl vaqonundan ibarətdir və İrəvana gedir. 2025-ci ilin sonuna qədər bu marşrutla 30 vaqonun və ya 2000 tondan çox taxılın daşınması planlaşdırılır.
1 dəqiqədən az