Rusiyada bıçaqlı hücum: 5 yeniyetmə ölüb
Bu barədə Rusiyanın İrkutsk vilayəti üzrə İstintaq Komitəsi məlumat verib

Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində bıçaqlı hücumda 5 yeniyetmə ölüb.
Bu barədə Rusiyanın İrkutsk vilayəti üzrə İstintaq Komitəsi məlumat verib.
Qeyd olunub ki, ötən gecə İrkutsk vilayətinin Baykalsk şəhərində fərdi yaşayış evində yanğın baş verib və hadisə yerində 5 nəfərin meyiti tapılıb.
İstintaqın məlumatına görə, bir qrup yeniyetmə “Qornıy Baykal” bağçılıq birliyindəki fərdi evdə olub. Qəfildən onlardan biri ətrafındakı həmyaşıdlarına bıçaqla hücum edib. Nəticədə 4 yeniyetmə hadisə yerindəcə keçinib, daha 4 nəfər isə müxtəlif bədən xəsarətləri ilə tibb müəssisəsinə yerləşdirilib. Şübhəli şəxs hücumdan sonra evi yandırıb və yanğın nəticəsində özü də dünyasını dəyişib.