XƏBƏRLƏR / Münaqişə

Rusiyada qəzaya uğrayan hərbi təyyarə Misirdən gəlirmiş

Təhlilçilər qeyd edirlər ki, qəza yerindən çəkilmiş fotoda səpələnmiş cəsəd yoxdur FOTO YENİLƏNİR

Rusiyada qəzaya uğrayan hərbi təyyarə Misirdən gəlirmiş
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Təhlilçilər qeyd edirlər ki, qəza yerindən çəkilmiş fotoda dağılmış cəsədlərin izləri yoxdur və düşmüş RA-78830 nömrəli İl-76 Misir, Səudiyyə Ərəbistanı və İran ərazisindən keçib, Suriya yaxınlığında radarlardan itib, sonra isə Belqorod üzərində peyda olub. 

    ***

    Yanvarın 24-ü çərşənbə günü Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsi baş tutmalı idi, lakin bu hələ baş vermir.

    “Ukrainskaya pravda” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin və Koordinasiya Qərargahının nümayəndəsi Andrey Yusov “Azadlıq” radiosuna deyib.

    “Qeyd edə bilərəm ki, bu gün üçün nəzərdə tutulan mübadilə hələ baş tutmur”.

    ***

    İl-76-nın Belqorod vilayətində qəzaya uğradığı yerdən ilk fotolar.

    Diqqət çəkən odur ki, tarla boyu səpələnmiş cəsədlərdən əsər-əlamət yoxdur.

    Təyyarədə Ukrayna Silahlı Qüvvələrinə məxsus hərbi əsirlərin olması təsdiq edilməyib.
    Təyyarənin Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulması faktı təsdiqini tapmayıb.

    ***

    Düşən təyyarənin ardınca göyərtəsində 80 məhbusun olduğu başqa İL-76 da olub. Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov deyib.

    Kartapolov təyyarənin üç Patriot və ya İRİS-T raketi ilə vurulduğunu da bildirib.

    “İndi mübadilədən söhbət gedə bilməz”

    İl-76-nın Belqorod vilayətində qəzaya uğramasından sonra Rusiya Federasiyası ilə Ukrayna arasında əsir mübadiləsinə fasilə veriləcək, deyə Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Kartapolov bildirib.

    ***

    Rusiya Müdafiə Nazirliyi Rusiya Aerokosmik Qüvvələrinə məxsus İl-76 təyyarəsinin Belqorod vilayətində qəzaya uğradığını təsdiqləyib.

    Bu barədə TASS məlumat yayıb.

    Departamentin məlumatına görə, təyyarənin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbi qulluqçusu, mübadilə üçün Belqorod vilayətinə aparılıb, təyyarənin 6 ekipaj üzvü və 3 onu müşayiət edən şəxs olub.

    “Bu il yanvarın 24-də Moskva vaxtı ilə saat 11:00 radələrində İl-76 təyyarəsi planlı uçuşu yerinə yetirərkən Belqorod vilayətində qəzaya uğrayıb.

    VKS komissiyası fəlakətin səbəblərini müəyyən etmək üçün Belqorod vilayətində İl-76 təyyarəsinin qəzaya uğradığı yerə uçub.

    Hadisə yerinə həkimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.

    ***

    Rusiyanın Belqorod vilayətində İl-76 hərbi təyyarəsi qəzaya uğrayıb. İlkin məlumatlara görə, təyyarədə 63 nəfər olub.

    Təyyarə Xarkova hücum etmək üçün istifadə edilən S300 üçün raketlər daşıyırdı.