XƏBƏRLƏR / Kriminal

Rusiyada məhbuslar üsyan qaldırıblar

Kabardin-Balkariyanın Çeqem rayonundakı koloniyada baş verən üsyanı hakimiyyət gizlətmək istəyib

Rusiyada məhbuslar üsyan qaldırıblar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çegem bölgəsindəki 3 saylı koloniyada cəza çəkən 6 məhbus cəza kamerasına salınmağa etiraz olaraq kamerada döşəkləri yandırıb və yanğın başlayıb.

    Məhbusların üsyanı yanvarın 9-da baş versə də, bu yalnız bu gün məlum olub.

    Mənbələrin məlumatına görə, məhbuslar cəza kamerasında döşəklərini yandırıblar. Belə ki, onlar saxlanma şəraitinin yumşaldılmasını tələb ediblər. Bu kameralarda olan altı məhbus yanğın törətməkdə şübhəli bilinir. Onlar soyğunçuluq, oğurluq və qətlə görə cəza çəkirlər.

    Məlumatda bildirilir ki, yanğın nəticəsində xəsarət alan olmayıb, məhbuslar ifadə verməkdən imtina ediblər, araşdırma aparılır.