Rusiyada müharibə əleyhdarı olan 4300 nümayişçi saxlanılıb
Minlərlə etirazçı “Müharibəyə yox!” şüarı səsləndirib. Müxalifət fəalları və bloggerlər sosial şəbəkələrdə bu nümayişə çağırışlar edib
ANS PRESS "Reuters"-ə istinadən xəbər verir ki, Yekaterinburq şəhərindəki nümayişlərdə saxlanlıanlar olub. Orada nümayişçilərdən birinin polis tərəfindən yerdə döyüldüyü göstərilib. Şəhərdə prezident Vladimir Putini əks etdirən divar şəklinə ziyan vurulub.
Rusiya Daxili İşlər Nazirliyi daha əvvəl polisin Moskvada 1700, Sankt-Peterburqda 750 və digər şəhərlərdə 1061 olmaqla, 3500-ə yaxın adamı saxladığını bildirib. Daxili İşlər Nazirliyi etirazlarda 5200 nəfərin iştirak etdiyini bildirib. Monitorinq qrupları isə 56 müxtəlif şəhərdə ən azı 4366 nəfərin saxlandığını qeyd edib.